...

Çində kömür mədəni çöküb - 19 nəfər dağıntlar altında qalıb

Dünya xəbərləri Materials 14 Avqust 2021 16:59 (UTC +04:00)
Çində kömür mədəni çöküb - 19 nəfər dağıntlar altında qalıb

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin şimal-qərbindəki Sinhay əyalətində kömür mədənində çökmə baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 19 nəfər dağıntılar altında qalıb. Bir nəfərin həlak olduğu deyilir.

Qeyd olunub ki, qəza zamanı mədəndə 21 nəfər olub. Bir nəfəri ağır yaralı vəziyyətdə çıxarmaq mümkün olub.

Hazırda xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti