...

Qazaxıstanda yeni müdafiə naziri təyin olunub

Dünya xəbərləri Materials 31 Avqust 2021 13:49 (UTC +04:00)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Qazaxıstan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Murat Bektanov yeni müdafiə naziri təyin olunub.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Nurlan Yermekbayev Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefa vermişdi.

Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti