...

ABŞ-da "İda" qasırğası nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2021 02:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da baş verən daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

Bildirilib ki, ABŞ-ın şimal -şərqində "İda" qasırğası nəticəsində güclü yağışlar yağıb, beş ştatda avtomobilləri, metro stansiyalarını və evləri su basdı. Hadisə zamanı ölənlərin çoxu öz avtomobillərində olublar.

Məlumata əsasən, Nyu-Cersidə ən azı 25 nəfər, Nyu-Yorkda isə 11 nəfər həlak olub. Merilend, Pensilvaniya və Konnektikutda da daşqınlar ölüm hallarına səbəb olub.

Dartmut Universitetinin tədqiqatçısı Evan Detye bildirib ki, ölkənin şimal-şərqində yeddi çayda suyun səviyyəsi rekord həddə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti