...

Avropa Komissiyasının rəhbəri sentyabrın 27-də Buxarestə səfər edəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2021 06:35 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri sentyabrın 27-də Buxarestə səfər edəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyen 27-də Rumıniya paytaxtı Buxarestə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə AK nümayəndəsi Dana Spinant bildirib.

"Ursula von der Leyen 27 sentyabrda Rumıniyaya gələcək, bu da Rumıniya üçün Milli bərpa və davamlılıq planının təsdiq edildiyini bildirir. <...> Və başqa bir yaxşı xəbər: 48 milyard avrodan, Avropadakı bütün davamlı inkişaf proqramlarından 9,7 milyard avro Rumıniyada nəqliyyata ayrılmışdır", - Rumıniyanın baş naziri Florin Kıtsu bu barədə deyib.

Ümumilikdə, Rumıniya Milli bərpa və davamlılıq planı çərçivəsində Avropa İttifaqının pandemiyanın nəticələrindən iqtisadi bərpa fondundan 29.2 milyard avro alacağını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti