...

İranda daha 289 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 27 Sentyabr 2021 15:56 (UTC +04:00)
İranda daha 289 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 289 nəfər koronavirusdan (COVID-19) ölüb, 14 470 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 119 629 nəfərə,

yoluxanların sayı isə 5 547 990 nəfərə çatıb. Virus daşıyıcılarından 6 209 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 4 966 098 nəfər koronavirusdan sağalıb, 31,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 51,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 36,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 15,6 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 29 rayon qırmızı, 224 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 165 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti