...

Rusiyada koronavirusdan gündəlik ölüm sayı anti-rekordu yeniləyir

Dünya xəbərləri Materials 28 Sentyabr 2021 12:40 (UTC +04:00)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı anti-rekordu yeniləyir

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirus pandemiyası başladıqdan bəri ən yüksək günədlik ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün Rusiyada 852 nəfər vəfat edib.

Buna qədər ən yüksək göstərici sentyabrın 24-də qeydə alınmışdı,həmin gün 828 nəfər vəfat etmişdi.

Eyni zamanda, ötən gün Rusiyada 21 559 yeni yoluxma qeydə alınıb. Ölkədə yoluxanların sayı 7,46 milyon nəfəri ötüb.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı isə 205 531 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti