...

İslamafobiya zərərli fenomendir, ona qarşı birgə mübarizə aparmalıyıq - İmran Xan

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 18:00 (UTC +04:00)

Bakı. Trend:

İslamafobiya başqa bir zərərli fenomendir və biz ona qarşı birgə mübarizə aparmalıyıq.

Trend xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan BMT Baş Assambleyasının 76-cı sessiyasına 24 sentyabr 2021-ci il tarixində ünvanladığı bəyanatda deyib.

Baş nazir bildirib ki, ABŞ-da 11 sentyabr terror hücumları sonrası terrorizm bəzi dairələr tərəfindən islam dini ilə əlaqələndirildi. Bu da özlüyündə sağçı, ksenofobik, şiddətə yönümlü milliyətçilər və terrorist gruplar tərəfindən müsəlmanların hədəfə alınmasını artırdı: "BMT Qlobal Terrorla Mübarizə Strategiyası ortaya çıxan bu cür məsələləri təhdid kimi tanımışdır. Arzu edirik ki, Baş Katibin hesabatı islamafob və sağçı ekstremistlərin yeni terrorizm təhdidlərinə diqqət yetirəcəkdir".

İ.Xan, həmçinin təəssüflə qeyd edib ki, dünyanın insan haqlarının pozulmasına yanaşması ədalətli deyildir və əsasən “seçici” prinsipə əsaslanır. Geosiyasi faktorlar və ya korporativ və kommersiya maraqları güclü dövlətləri məcbur edir ki, onlara “bağlı” olan dövlətlərin hərəkətlərinə göz yumsunlar.

Baş nazir, eyni zamanda vurğulayıb ki, dünya Covid-19, iqtisadi böhran və iqlim dəyişikliyi problemləri ilə üzləşməkdədir. Virus və qeyri-müəyyən hava şəraitinin səbəb olduğu fəlakətlər xalqlar və millətlər arasında fərq qoymur: "Qarşılaşdığımız ümumi təhlükələr bəynəlxalq sistemin nə qədər kövrək olduğunu üzə cıxarmaqla yanaşı, həm də insanlığın birliyinə vurğu edir. Pakistan Covid-19 pandemiyasının yayılmasının qarşısını ala bilmişdir. Bizim planlı “ağıllı qapanmalar” strategiyamız insanların həyatını qorumaq və iqtisadiyyatı canlı saxlamağa kömək etmişdir".

O, əlavə edib ki, Pakistan digər qonşuları ilə olduğu kimi, Hindistanla da sülh olmasını arzu edir. Lakin cənubi Asiyada dayanıqlı sülhün əldə edilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Cammu və Kəşmir münaqişəsinin həllindən asılıdır. Və bu həll prosesində Kəşmir xalqının istəkləri də nəzərə alınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti