...

Yunanıstanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 12 Oktyabr 2021 13:53 (UTC +04:00)
Yunanıstanda güclü zəlzələ olub

Bakı. Orxan Nəbiyev - Trend:

Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar Türkiyənin qərb sahillərində də hiss olunub.

Zəlzələnin episentri 9 minə yaxın əhalisi olan Sitiya şəhərindən 14 kilometr cənub-şərqdə, 2 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir itki və ya dağıntı barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti