...

ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 17 Oktyabr 2021 22:37 (UTC +04:00)
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatında yerləşən Qremblinq Dövlət Universitetinin ərazisində atışma baş verib.

Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, atışma univesitetdə məzunların görüşü keçirilən zaman meydana gəlib.

İnsident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bildirilri ki, atəş açan şəxs hələ saxlanılmayıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti