...

Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 17:33 (UTC +04:00)
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş həftəsi elan olunub.

Trend-in məlumatına, bunu ölkə prezidenti Vladimir Putin hökumətin onlayn formatda keçirilən iclasında deyib.

O bildirib ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib.

Qeyri-iş günlərinin noyabrın 7-dən sonra da uzadılması istisna olunmur.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu, ölənlərin sayı isə 226 min nəfəri ötüb. Son günlər ölkə ərazisində 30 mindən çox gündəlik yoluxma, mindən çox ölüm qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti