...

Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 08:42 (UTC +04:00)
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyük Britaniyada yeni bir koronavirus növünün yayılması ciddi təhlükə yaratdığını düşünməyə əsas vermir.

Trend-in məlumatına görə, bu barədə Londonda keçirilən mətbuat konfransı zamanı Birləşmiş Krallığın Səhiyyə naziri Sadcid Cavid bildirib.

S.Cavid qeyd edib: "COVID-19 bütün viruslar kimi mutasiya edir və biz daim yeni ştammları müəyyən edirik. Bunların arasında AY.4.2 kimi tanınan və hazırda yayılmaqda olan "Delta" ştammının yeni variantı da var. AY.4.2-nin ciddi təhlükə yaratdığına hesab etmək üçün hələ heç bir dəlil olmasa da, növbəti ştamm və ya ondan sonra yarana biləcək ştamm daha təhlükəli ola bilər".

Nazir Britaniya sakinlərini soyuq havanın başlaması ilə əlaqədar olaraq peyvənd olunmağa və peyvəndin 3-cü dozasını vurdurmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti