...

Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 19:51 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rumıniya prezidenti Klaus Yohannis ölkədə yeni hökumətin formalaşdırılmasını müdafiə naziri Nikolae Çukeyə tapşırıb.

Trend-in məlumatına görə, bu barədə prezident mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 5-də əvvəlki baş nazir Florian Kıtsu Rumıniya parlamentinin etimadsızlıq səsverməsi nəticəsində istefa vermişdi.

Bir müddət əvvəl "Rumıniyanın xilası naminə ittifaq" partiyasının rəhbəri Daçian Çoloş hökuməti formalaşdıra bilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti