...

Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq

Dünya xəbərləri Materials 23 Oktyabr 2021 06:45 (UTC +04:00)
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq

Bakı. Trend:

Tunis prezidenti Qais Said vətəndaşlar və əcnəbilər üçün vaksinasiya pasportlarının tətbiqi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Mosaïque FM radio stansiyası bildirib.

Belə pasport Tunis vətəndaşlarına, ölkədə yaşayan 18 və daha yuxarı yaşda olan, vaksinasiya prosedurundan keçmiş əcnəbilərə veriləcək.

Bundan əlavə, Tunisə müvəqqəti gələn əcnəbilərə, xarici ölkələrdə peyvənd sertifikatı alan Tunis vətəndaşlarına da vaksinasiya pasportu verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti