...

Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 12:56 (UTC +04:00)
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyada 35 660 koronavirusa yoluxma halı qeydə alınıb. Hazırda ölkə üzrə aktiv xəstə sayı 8 241 643 nəfər təşkil edir.

Bundan əlavə, ötən sutka ərzində koronavirus səbəbiylə 1 072 nəfər vəfat edib, 22 784 xəstə sağalıb.

Pandemiya dövründə Rusiyada 230 600 nəfər xəstəliyin qurbanı olub, 7 165 921 nəfər isə bu xəstəlikdən sağalıb.

Daha əvvəl ölkədə yoluxmayla bağlı yeni pik göstərici qeydə alınmışdır. Belə ki, sutka ərzində virusa 37 678 nəfər yoluxmuşdur, 1 075 xəstə vəfat etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti