...

Qazaxıstanda koronavirusa daha 1 697 nəfər yoluxub

Dünya xəbərləri Materials 29 Oktyabr 2021 07:42 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 697 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 936 084 nəfərə, ölənlərin sayı isə 12 053 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 241 nəfər, hazırkı dövrədək isə 881 124 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti