...

İsraildə 5 yaşdan yuxarı uşaqların vaksinasiyası başlayıb

Dünya xəbərləri Materials 23 Noyabr 2021 11:22 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İsraildə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesi start götürüb.

Trend-in məlumatına görə, artıq 22 min uşağın peyvəndlənməsi üçün poliklinikalara və məktəblərə müraciətlər daxil olub.

Qeyd edək ki, İsraildə 12 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi iyunun sonlarında başlamışdı.

İsraildə koronavirusa qarşı vaksinasiya ötən ilin dekabrında başlayıb. Bugünədək 6,2 milyondan çox şəxs birinci doza, 5,7 milyondan çox şəxs ikinci doza, 4,1 milyon nəfər üçüncü dozanı qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti