...

MİT-dən əməliyyat: PKK mənsubları ələ keçirilərək Türkiyəyə gətirildi

Dünya xəbərləri Materials 2 Dekabr 2021 15:40 (UTC +04:00)
MİT-dən əməliyyat: PKK mənsubları ələ keçirilərək Türkiyəyə gətirildi

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının rəhbər şəxslərindən olan Duran Kalkanın cangüdəni Pervin Arslan Türkiyəyə gətirilib.

Trend xəbər verir ki, əməliyyat nəticəsində daha bir PKK mənsubu ələ keçirilib.

Qeyd olunur ki, P.Arslan bir neçə il İraqın şimalında təşkilatın kəşfiyyat işlərinə məsul şəxs olub.

Türkiyə xüsusi xidmət orqanları antiterror əməliyyatlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti