...

BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib

Dünya xəbərləri Materials 4 Dekabr 2021 03:16 (UTC +04:00)

Bakı. Trend:

Koronavirusun "omikron" ştammının yayılması qlobal iqtisadiyyatın bərpa tempinin aşağı düşməsinə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva deyib.

Məlumata əsasən, ondan yeni ştammının yayılmasının qlobal iqtisadiyyatın bərpasına təsirini şərh etməsi xahiş olunub. O qeyd edib: "Gəlin açıq danışaq: çox tez yayıla bilən yeni ştamm etibarı sarsıda bilər. Və bu mənada, oktyabr ayı üçün qlobal iqtisadi artım proqnozlarımızda, yəqin ki, bəzi aşağı düşmələrin şahidi olacağıq".

Təşkilat rəhbəri əlavə edib ki, koronavirusun "Delta" ştammı iqtisadi sarsılmalara gətirdiyi üçün, o, qlobal istehsalda əlavə gecikmələrə səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti