...

İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 Dekabr 2021 05:01 (UTC +04:00)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb

Bakı. Trend:

İndoneziyanın Şərqi Yava əyalətində (Yava adası) Semeru vulkanının püskürməsi nəticəsində 1 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" agentliyi xəbər verir.

Məlumata əsasən, təbii fəlakət nəticəsində həmçinin 41 nəfər xəsarət alıb. Onlardan 35-i xəstəxanadadır və müalicələri davam etdirilir.

Yerli Lumacanq dairəsinin hakimiyyətindən bildiriblər ki, onlarla insan itkin düşüb. Onların öz evlərində qapandıqları ehtimal edilib.

Qeyd edilir ki, təbii fəlakət ərazisinə axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün helikopterlər göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti