...

BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək

Dünya xəbərləri Materials 7 Dekabr 2021 13:33 (UTC +04:00)
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2022-ci il yanvar 1-dən etibarən iş rejimini Qərb iş həftəsinə uyğun təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə hökumətin yeni qərarında deyilir.

Qərara əsasən, BƏƏ-də iş həftəsi bazar ertəsindən cümə gününədək davam edəcək. İstirahət günləri isə şənbə və bazar günləri olacaq. Cümə iş günü saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Yaxın Şərq ölkələrində, istirahət günləri əsasən cümə və şənbə günləri olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti