...

Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST

Dünya xəbərləri Materials 7 Dekabr 2021 15:51 (UTC +04:00)
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST

Bakı. Orxan Nəbiyev - Trend:

Bu həftənin sonuna kimi Avropa regionunda hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

O bildirib ki, son bir ay ərzində regionda daha 120 min insan koronavirusun qurbanı olub, yoluxanların sayı isə 10 milyon nəfər artıb.

"Biz ötən ay xəbərdarlıq etmişdik ki, təcili tədbirlər görülməsə, daha yarım milyon həyat itirilə bilər. Bir ay keçib və ölənlərin sayı 120 min, yoluxanların sayı 10 milyon nəfər artıb. Bu həftənin sonuna kimi Avropa regionunda hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq və bu, laborator tədqiqatlarla təsdiqlənəcək", - deyə ÜST rəsmisi bildirib.

O əlavə edib ki, Avropada koronavirusdan ölüm halları gündəlik 4 100 nəfər həddinə çatıb, sentyabr ayında bu göstərici 2 100 nəfərə bərabər idi.

Qeyd edək ki, bu günədək Avropa regionunda koronavirusa yoluxanların sayı 76 milyon nəfərə çatıb, ölənlərin sayı isə 1,4 milyon nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti