...

ABŞ və Fələstin arasında 5 ildən sonra ilk iqtisadi dialoq baş tutub

Dünya xəbərləri Materials 15 Dekabr 2021 01:26 (UTC +04:00)
ABŞ və Fələstin arasında 5 ildən sonra ilk iqtisadi dialoq baş tutub

Bakı. Trend:

ABŞ və Fələstin arasında 5 ildən sonra videokonfrans formatında ilk iqtisadi dialoq baş tutub.

Trend-in məlumatına görə, bu barədə iki ölkənin birgə bəyanatında deyilir.

"ABŞ və Fələstin rəsmiləri dekabrın 14-də iki ölkənin iqtisadi dialoqunu bərpa etmək üçün videokonfrans vasitəsilə məsləhətləşmələr aparıblar. Son beş ildə ilk belə görüş olan bu yüksək səviyyəli dialoq iqtisadi əməkdaşlığın cari və gələcək sahələrini müzakirə etmək üçün ABŞ və Fələstin hökumətlərinin müxtəlif departamentləri və nazirliklərinin nümayəndələrini bir araya gətirdi", - deyə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd edilir ki, tərəflər infrastrukturun inkişafı, bərpa olunan enerji mənbələri, ekoloji təşəbbüslər, sahibkarlar arasında əlaqələrin qurulması, Fələstinin iqtisadi inkişafına maneələrin aradan qaldırılması və digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti