...

İranda daha 52 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 15 Dekabr 2021 14:54 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 2 651 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 883 nəfərə, yoluxanların sayı isə 6 162 954 nəfərə çatıb. Virus daşıyıcılarından 3 004 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 985 735 nəfər koronavirusdan sağalıb, 40,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 112 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 3,11 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti