...

Almaniyada Gürcüstanın sabiq Baş Qərargah rəisi saxlanılıb

Dünya xəbərləri Materials 19 Dekabr 2021 21:58 (UTC +04:00)
Almaniyada Gürcüstanın sabiq Baş Qərargah rəisi saxlanılıb

Bakı. Trend:

Gürcüstanın sabiq Baş Qərargah rəisi Georgi Kalandadze Almaniyanın paytaxtı Berlində saxlanılıb.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, keçmiş Baş Qərargah rəisinin saxlanılması Gürcüstan hökumətinin tələbi əsasında baş tutub.

Məlumata əsasən, G.Kalandadze 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Gürcüstan tərəfi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Georgi Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Mixail Saakaşvilinin prezidentliyi dövründə Baş Qərargah rəisi vəzifəsində çalışıb. 2014-cü ildə hakimiyyət dayişəndən sonra o bir qrup hərbçi ilə Ukraynaya yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti