...

Tbilisidə ictimai nəqliyyat iki dəfəyə yaxın bahalaşır

Dünya xəbərləri Materials 22 Dekabr 2021 17:29 (UTC +04:00)
Tbilisidə ictimai nəqliyyat iki dəfəyə yaxın bahalaşır

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meriyası 2022-ci il fevralın 1-dən etibarən ictimai nəqliyyatdan istifadə üçün abunə haqqının tətbiqi barədə qərar qəbul edib.

Trend bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir. Həmin tarixdən etibarən yeni limitsiz kart sistemi qüvvəyə minir.

Qeyd olunur ki, paytaxt sakinləri 7 növ abunədən yararlana biləcək. Bir gündə 90 dəqiqəlik abunə 1 lari, birgünlük abunə 3 lari, birhəftəlik abunə 3 lari, biraylıq abunə 40 lari, üçaylıq abunə 100 lari, altıaylıq abunə 150 lari, bir illik abunə isə 250 lari təşkil edəcək.

Gürcüstan KİV-lərinin yazdığına görə, yeni qayda paytaxtda ictimai nəqliyyatın iki dəfəyə yaxın bahalaşmasına gətirib çıxaracaq.

Belə ki, əvvəl 90 dəqiqə ərzində avtobus, metro və ya kanat yolundan istifadə 50 tetri idisə, yeni qayda ilə bu rəqəm 1 lariyə çatacaq.

Eyni zamanda, yeni sistemdə bir aylıq abunə haqqı əvvəlki qiymətlərlə müqayisədə 18 lari, üç aylıq abunə 34 lari çox olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti