...

Rusiyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 2 Yanvar 2022 09:27 (UTC +04:00)
Rusiyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb.

Trend-in məlumatına görə, bu barədə regionun Daxili İşlər Nazirliyi İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Moskvadan Həştərxan istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir neçə uşaq da daxil olmaqla 16 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza zamanı avtobusda 52 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti