...

Türkiyədə leysan yağışları daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 12 Yanvar 2022 08:03 (UTC +04:00)
Türkiyədə leysan yağışları daşqınlara səbəb olub

Bakı. Trend:

Türkiyənin Muğla vilayətində leysan yağışları daşqınlara səbəb olub.

Trend-in məlumatına görə, sel nəticəsində kənd təsərrüfatı sahələri su altında qalıb.

Menteşe rayonundakı ərazilərdən birində evin istinad divarının uçduğu da bildirilib.

Rayonun alçaq əraziləri tamamilə su altında qalıb.

Qeyd olunub ki, son 24 saat ərzində Mentesdə hər kvadratmetrə 100 kiloqram yağıntı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti