...

Serbiya prezidenti parlamenti buraxıb

Dünya xəbərləri Materials 16 Fevral 2022 02:48 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin Milli Assambleyasını (parlament - red.) buraxıb.

Trend-in məlumatına görə, Serbiya prezidenti bu barədə sənədi canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.

Məlumata əsasən, parlamenti buraxdıqdan sonra A.Vuçiş aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.

"Hörmətli vətəndaşlar, mən Serbiyanın Konstitusiyasına və "Serbiya Prezidenti haqqında" qanuna əsasən, hökumətin təklifi ilə Milli Assambleyanın buraxılması haqqında qərar verirəm", - deyə A.Vuçiç bildirib.

"Mən indicə parlamentin buraxılması haqqında sənədi imzaladım və Serbiyanın Konstitusiyasına, "Serbiya Prezidenti haqqında" qanuna və "Xalq deputatları haqqında" qanuna əsaslanaraq, xalq deputatlarının seçkilərinin təyin edilməsi barədə qərar qəbul edirəm. Mən seçkiləri 3 aprel 2022-ci ilə təyin edirəm", - deyə Serbiya prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti