...

Qazaxıstanda yeni daxili işlər naziri təyin edilib

Dünya xəbərləri Materials 25 Fevral 2022 11:25 (UTC +04:00)

Bakı. Trend:

Marat Axmetjanov Qazaxıstanın yeni daxili işlər naziri təyin edilib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

O, bundan əvvəl Qazaxıstanın Korrupsiya ilə Mübarizə Agentliyinin sədri vəzifəsində işləyib.

Eyni zamanda digər fərmanla Yerlan Turqumbayev daxili işlər naziri vəzifəsindən azad edilərək prezidentin müşaviri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti