...

ABŞ prezidenti Ukraynaya təcili hərbi yardımın göstərilməsi barədə memorandum imzalayıb

Dünya xəbərləri Materials 26 Fevral 2022 10:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardımın göstərilməsi barədə memorandum imzalayıb.

Trend-in məlumatına görə, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

Memorandum dövlət katibi Entoni Blinkenə Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı səlahiyyətlər verir.

Qeyd olunur ki, dərc olunan sənəd Müdafiə Nazirliyinin xidmətləri, eləcə də hərbi təlim və hazırlıq xərcləri üçün əlavə 350 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev administrasiyası Ukrayna və digər ölkələrə, eləcə də Pentaqonun ehtiyacları ilə bağlı Konqresə əlavə 6,4 milyard dollar vəsaitin ayrılması üçün müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti