...

G7 XİN rəhbəri Ukrayna ətrafında vəziyyəti müzakirə edəcəklər

Dünya xəbərləri Materials 27 Fevral 2022 06:07 (UTC +04:00)
G7 XİN rəhbəri Ukrayna ətrafında vəziyyəti müzakirə edəcəklər

Bakı. Trend:

G7 ölkələrinin xarici işlər nazirləri Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın hərbi əməliyyatını müzakirə etmək üçün fevralın 27-si görüş keçirəcəklər.

Trend-in məlumatına görə, bunu "NHK" telekanalına Yaponiyanın xairici işlər naziri Yosimasa Hayasi deyib.

"Nazirlərin görüşü bu günə planlaşdırılıb", - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, G7 ölkələri ümumi dəyərləri bölüşürlər və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yaxından koordinasiyada olmağa davam etməlidirlər.

Y.Hayasi əlavə edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar, o cümlədən Moskvanın "SWIFT"dən çıxarılması məsələsində Yaponiya öz addımlarını ABŞ və Aİ ilə koordinasiya edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti