Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron bu ilin aprelində keçiriləcək prezident seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətini rəsmən təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Fransa KİV-ləri tərəfindən yayılan E.Makronun məktubunda deyilir.
"Yeni prezident mandatı üçün etimad göstərməyinizi xahiş edirəm", - deyə məktbuda bildirilir.