...

Pakistanda məscid partladılıb, onlarla ölü və yaralı var

Dünya xəbərləri Materials 4 Mart 2022 14:14 (UTC +04:00)
Pakistanda məscid partladılıb, onlarla ölü və yaralı var

Bakı. Orxan Nəbiyev - Trend:

Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində məsciddə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.

Daha 56 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna olunmur.

Hələlik partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti