...

Britaniya Rusiyadan neft və neft məhsullarının idxalından imtina edəcək

Dünya xəbərləri Materials 8 Mart 2022 21:13 (UTC +04:00)
Britaniya Rusiyadan neft və neft məhsullarının idxalından imtina edəcək

Bakı. Trend:

Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq özünün "Twitter" səhifəsində yazıb.

"Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq. Keçid bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniyada tələbatın 8 faizini təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək", - deyə nazir bildirib.

Onun sözlərinə görə, krallıq ABŞ, Hollandiya və Körfəz ölkələri ilə daha çox neftin tədarük edilməsi üçün əməkdaşlıq edəcək.

Nazir qeyd edib ki, London Rusiya qazının da ölkəyə idxalını "dayandırmaq imkanlarını araşdırır". Hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti