...

"Western Union" Rusiya və Belarusda fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 10 Mart 2022 20:37 (UTC +04:00)
"Western Union" Rusiya və Belarusda fəaliyyətini dayandırır

Bakı. Trend:

"Western Union" beynəlxalq pul köçürmələri sistemi Rusiya və Belarusda fəaliyyətini dayandırır.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin saytında deyilir.

Şirkət, həmçinin qeyd edir ki, son həftələr ərzində onun komandası ukraynalı müştərilərə, o cümlədən, məcburi köçkünlərə hər cür dəstək vermək üçün çalışır. Buraya humanitar yardım səylərini və pulsuz pul köçürmə xidmətlərini dəstəkləmək üçün ianələr daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti