...

Rusiya BMT Beynəlxalq məhkəməsinin Ukrayna ilə bağlı qərarını diqqətə ala bilməz - Peskov

Dünya xəbərləri Materials 17 Mart 2022 14:31 (UTC +04:00)

Bakı. Trend:

Moskva BMT Beynəlxalq məhkəməsinin Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması bağlı qərarını diqqətə ala bilməz.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Beynəlxalq məhkəmənin tərəflərin razılığı kimi bir anlayışı mövcuddur. Bu məsələdə isə heç bir razılıq ola bilməz. Bu məqamda biz həmin qərarı diqqətə ala bilmərik", - D.Peskov vurğulayıb.

Qeyd edək ki, BMT Beynəlxalq məhkəməsi Rusiyanın Ukraynada hərbi əməliyyatların dərhal dayandırması ilə bağlı qərar verib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti