...

Səudiyyə Ərəbistanı XİN Blinkenin ölkəyə mümkün səfəri ilə bağlı xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 19 Mart 2022 08:53 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin krallığa gözlənilən səfəri ilə bağlı məlumatları təkzib edib.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Mətbuat Agentliyi xəbər verib.

"Xarici İşlər Nazirliyi kütləvi informasiya vasitələrində yayılan və ABŞ dövlət katibinin yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfəri ilə bağlı nazirlikdəki rəsmi mənbəyə aid edilən xəbərləri təkzib edib. Nazirlik məsələ ilə bağlı heç bir açıqlama vermədiyini bildirib", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti