Bakı. Trend:
Tonqa Krallığının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Nukualofa şəhərindən 489 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində sunami, dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.