Bakı. Trend:
Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri de Moraes Telegram-ın ölkədə bloklanması qərarını ləğv edib.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, buna səbəb messencerin məhkəmə tələblərini yerinə yetirilməsi olub.
"17.03.2022 və 19.03.2022-ci il tarixlərində qəbul edilmiş qərarlara tam uyğunluğu nəzərə alaraq, Telegram-ın Braziliyada tamamilə dayandırılması qərarını ləğv edirəm," - deyə məhkəmənin qərarında qeyd olunub.