Bakı. Trend:
Rusiyada "News.Google" internet xidmətinə giriş məhdudlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə "Roskomnadzor"un mətbuat xidməti bildirib.
Məlumata əsasən, giriş məhdudiyyəti Ukraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı etibarsız məlumatlar olan materiallara çıxışı servis tərəfindən təmin olmasına görədir.
"Rusiya Baş Prokurorluğunun tələbi əsasında Roskomnadzor ölkədə "News.Google" internet xidmətinə girişi məhdudlaşdırıb. Sözügedən ABŞ-ın onlayn xəbər resursu Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı etibarsız sosial əhəmiyyətli məlumatları özündə əks etdirən çoxsaylı nəşrlərə və materiallara çıxış təmin edib", - deyə qeyd olunub.