...

Bolqarıstan Rusiyadakı səfirini geri çağıracaq

Dünya xəbərləri Materials 24 Mart 2022 14:49 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan Rusiyadakı səfirini geri çağıracaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Kiril Petkov deyib.

O bildirib ki, Rusiya tərəfindən analoji addımın atılmasını gözləyir.

Qeyd edək ki, ötən gün baş nazir K.Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovanı Bolqarıstanla bağlı açıqlamalarına görə hökumətin iclasında tənqid etmişdi.

Rusiya səfirliyi isə öz növbəsində diplomatın ictimai şəkildə tənqid olunmasının qəbuledilməz olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti