...

NATO yeni çoxmillətli döyüş qrupları yaradacaq

Dünya xəbərləri Materials 24 Mart 2022 17:52 (UTC +04:00)

Bakı. Trend:

NATO Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Avropada əlavə dörd çoxmillətli döyüş qrupu yaradacaq.

Trend-in məlumatına görə, bu barədə alyansın fövqəladə sammitinin yekunları üzrə bəyanatda deyilir.

"Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupları yaradırıq. Biz bütün regionlarda və bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri və qərarları alırıq", - bəyanatda deyilir.

Bundan başqa NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, təşkilat şərq cinahda 40 min əsgər yerləşdirib.

"Alyans şərq cinahında daimi olaraq hərbi mövcudluğunu artıracaq, həmçinin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini gücləndirəcək", - Y.Stoltenberq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti