...

NATO Ukraynaya bioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq vəd edib

Dünya xəbərləri Materials 24 Mart 2022 20:40 (UTC +04:00)

Bakı. Trend:

NATO Ukraynaya bioloji, kimyəvi, nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq verəcək, həmçinin kibertəhlükəsizlik sahəsində dəstək verəcək.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.

"Bu gün biz Ukrayna üçün daha çox iş görməyə, o cümlədən kibertəhlükəsizliyə dəstək verməyə, həmçinin Ukraynaya özünü bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən müdafiə etməsi üçün avadanlıqların verilməsi üzrə razılaşdıq", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya daha çox hərbi texnika verməyə və əlavə humanitar yardım etməyə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti