...

ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayıracaq - Bayden

Dünya xəbərləri Materials 25 Mart 2022 03:04 (UTC +04:00)
ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayıracaq - Bayden

Bakı. Trend:

ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayırır və bu ölkədən 100 minə qədər qaçqını qəbul etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Bu gün mən ABŞ-ın 1 milyard dollardan çox humanitar yardım göstərməyə hazır olduğunu bəyan edirəm", - deyə C.Bayden bildirib.

Bundan əlavə, ABŞ Ukraynadan 100 minə qədər qaçqını qəbul etməyə hazırdır: "Biz həmçinin 100 min ukraynalını ABŞ-da qəbul edəcəyik və diqqətimizi ailələrin birləşməsinə yönəldəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti