...

Dünyada koronavirusdan ölənlərin sayı 43 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 30 Mart 2022 07:14 (UTC +04:00)

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 10 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 45 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz artıb.

"Martın 21-dən 27-dək koronavirusa 10 805 132 nəfər yoluxub, 45 711 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz artıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 342 231 yoluxma, 2 841 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 481 756 671 nəfərə, ölənlərin sayı isə 6 127 981 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti