...

Zimbabvedə avtobus qəzası nəticəsində onlarla ölən və yaralanan var

Dünya xəbərləri Materials 15 Aprel 2022 22:39
Zimbabvedə avtobus qəzası nəticəsində onlarla ölən və yaralanan var

Trend-i buradan izləyin

Bakı. Trend:

Zimbabvedə ziyarətçiləri Pasxa mərasiminə aparan avtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində azı 35 nəfər ölüb, 71 nəfər yaralanıb.

Trend "Al Jazeera" ya istinadən xəbər verir ki, avtobusda cənub-şərqdəki Çipinqe şəhərində Pasxa yığıncağına gedən yerli Sion Xristian Kilsəsinin üzvləri olub.

"Qəza nəticəsində 35 nəfər ölüb, 71 nəfər isə yaralanıb", - yerli polis nümayəndəsi bildirib.

İlkin ehtimala görə, qəzaya səbəb avtobusun həddindən artıq yüklənməsi olub. Adətən Zimbabvedə avtobuslar 60-75 nəfərlik sərnişin tutumuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti