Bakı. Trend:
Filippində tüğyan etmiş "Megi" tropik qasırğası nəticəsində həlak olanların sayı 167 nəfərə çatıb, 110 nəfər isə itkin düşmüş hesab olunur.
Trend-in məlumatına görə, qasırğa ümumilikdə 1,9 milyondan çox insana təsir göstərib.
"Megi" Filippinin 9 əyalətində fəsadlar törədib. 10 mindən çox yaşayış evi dağılıb. 560 daşqın və 89 sürüşmə qeydə alınıb.
İnfrastruktura dəyən ziyanın məbləği 5 milyon dollara yaxın ölçülür.