Bakı. Trend:
Estoniya bazar günündən etibarən Baltik dənizindəki limanına Rusiya bayrağı altında gəmilərin buraxılmasını dayandırıb.
Trend xəbər verir ki, bu barədə "ERR" milli yayım portalı İqtisadiyyat və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.
"Fəaliyyəti bu və ya digər formada Rusiya ilə əlaqəli olan bütün müəssisələr iqtisadi məkandakı dəyişikliklərin öhdəsindən gəlmək üçün yenidən oz fəaliyyətlərini nəzərdən keçirməli olacaqlar", - nazir Taavi Aas bildirib.
Rusiya bayrağı altında üzən gəmi Estoniya sahillərində qəza vəziyyətində olarsa, o, istisna olaraq, polisin və sərhədçilərin icazəsi ilə limanlara buraxıla bilər.
Estoniya limanları Ukrayna hadisələri ilə əlaqədar Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulub. Beşinci sanksiya tədbirləri paketinə Rusiya bayrağı altında üzən gəmilərin birlik ölkələrinin limanlarına giriş qadağası daxildir.