Bakı. Trend:
Almaniyanın Rusiyadakı səfiri Geza fon Qayr Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya XİN bildirib.
Qeyd olunub ki, səfirə Almaniyanı Rusiyadakı diplomatik müəssisələrinin ümumilikdə 40 əməkdaşının arzuolunmaz şəxs elan olunması barədə nota verilib.
Məlumata əsasən, Rusiya bu addımı Almaniya hökumətinin analoji addımına cavab olaraq atdığını açıqlayıb.