...

Kanadada kiçik təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 2 May 2022 05:40 (UTC +04:00)
Kanadada kiçik təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Kanadanın Ontario vilayətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.

Hadisə vilayətin şimal-qərb hissəsində, yaşayış məntəqələrindən uzaq bir ərazidə baş verib. Xilasedicilər "Piper PA-28" təyyarəsinin qalıqlarını üzərində quraşdırılmış transponder vasitəsilə aşkar edə biliblər. Təyyarənin göyərtəsində dörd nəfər olub, onlar ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti